ELM VƏ TƏHSİL


Akademik Tofiq Nağıyevin yeni elmi monoqrafiyası ingilis dilində nəşr edilib

Bakı, 30 aprel, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevin “Conjugated reactions in chemistry and biology in the context of modern ideas” (“Kimya və biologiyada qoşulma reaksiyaları müasir ideyalar kontekstində”) elmi monoqrafiyası ingilis dilində nəşr edilib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitab Avropada əsasən xarici ölkələrdən olan müəlliflərin, xüsusilə yenilikçi alimlərin elmi əsərlərini nəşr edən “Generis publishing” beynəlxalq nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunub.

Monoqrafiyada koherent-sinxron reaksiyalar nəzəriyyəsinin əsasında duran müxtəlif kimyəvi reaksiyalar arasında qarşılıqlı əlaqə və təsir mexanizminin öyrənilməsi məsələsinə yeni elmi yanaşmalar əksini tapıb. Məsələnin qoyuluşu, eyni zamanda, mövcud ənənələrdən tamamilə fərqli yanaşma XXI əsrin tələblərindən irəli gəlir, həmçinin kimya sənayesinin davamlı inkişafında xüsusi əhəmiyyəti və rolu olan kimya texnologiyalarının aktual məsələlərinin həlli baxımından dəyərlidir.

Monoqrafiya kimyaçılar, bioloq və kimyaçı-texnoloqlar üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.