ELM VƏ TƏHSİL


Akademik Vahab Əliyevin 110 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) birgə təşkilatçılığı ilə oktyabrın 9-10-da görkəmli alim, texnika elmləri doktoru, professor, üç dəfə Dövlət Mükafatı laureatı, əməkdar elm və texnika xadimi, akademik Vahab Əliyevin 110 illik yubileyinə həsr olunan “Neft emalı və neft kimyasının innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Akademik V.Əliyev neft kimyası və neft xammalının emalı sahəsində tanınmış görkəmli alim olmaqla Azərbaycanda neft emalı elminin və istehsalatının ilk yaradıcılarındandır.

NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin əsas məqsədi görkəmli alimin neft kimyası və neft emalının inkişafındakı rolunun bir daha işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.

Konfransın elmi proqramında “Neft emalı və neft-kimyasının perspektiv istiqamətləri”, “Yaşıl kimya” və qaz kimyası”, “Neft kimyasında nanotexnologiyalar və perspektivli nanomateriallar”, “Oliqomerlər kimyasında innovativ sintezlər və texnologiyalar” bölmələri üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.