Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Validə Əlizadə: Xarici ölkələrin botanikləri Azərbaycan florasınin birgə tədqiqində maraqlıdırlar

Bakı, 13 may, P.İmanova, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun əsas istiqaməti bioloji müxtəlifliyin öyrənilməsinə, səmərəli istifadəsinə, mühafizəsinə və ətraf mühitin qorunmasına yönəldilib. İnstitut tərəfindən dünyanın məşhur botanika bağları, universitetləri, muzey və fondları tərəfindən müxtəlif elmi proqramlar, innovativ layihələr həyata keçirilir. Xarici ölkələrin botanikləri Azərbaycan florasının tədqiqinə böyük maraq göstərirlər.

Bunu AZƏRTAC-a müsahibəsində Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə söyləyib.

V.Əlizadə bildirib ki, ölkəmiz yenidən müstəqillik qazandıqdan sonra institutda həyata keçirilən bir sıra beynəlxalq layihələr çərçivəsində bu aparıcı elm müəssisəsinin infrastrukturu yenilənib, burada müasir standartlara cavab verən avadanlıq quraşdırılıb.

Qeyd edilib ki, bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə ölkəmiz 2000-ci ildə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasına qoşulub. Botanika İnstitutunun elmi istiqamətləri “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üzrə Milli Strategiya və Fəaliyyət Planı”na uyğun olaraq, vaxtilə mərhum akademik Cəlal Əliyevin təşəbbüsü ilə zamanın ən vacib tələbi kimi biomüxtəlifliyin tədqiq edilməsinin gücləndirilməsinə yönəldilib. Bundan sonra Botanika İnstitutu fəaliyyət istiqamətlərini genişləndirib.

İnstitut tərəfindən botanika üzrə ilk eksperimental layihə NATO-nun elmi proqramları çərçivəsində 1997-ci ildə həyata keçirilib. Bu sırada ətraf mühitin mühafizəsinə həsr olunan müxtəlif qrant layihələri uğurla işlənilib. Sonrakı illərdə Botanika İnstitutunun layihələri biomüxtəlifliyin qorunmasına istiqamətləndirilib. 2003-cü ildə ABŞ-ın Nyu-York Botanika Bağı tərəfindən instituta Qafqaz bitkilərinin öyrənilməsinə, fitokimyası və bəzi dərman bitkilərinin beynəlxalq standartlara uyğun toplanılmasına həsr olunan proqram təqdim edilib. Bunun əsasında institutun əməkdaşları iki il ərzində keçirilən ekspedisiyalarda yeni monitorinq metodları ilə tanış olub, GPS-dən istifadəni öyrənib və ilk dəfə əldə edilən məlumatlar Amerikanin “Tropicos” məlumat bazasında yerləşdirilib, elektron xəritələr barədə məlumat əldə edilib. Həmçinin dərman əhəmiyyətli bitki növlərinin yayılma ərazilərinin müəyyənləşdirilməsinə nail olunub. Bununla da botanika sahəsində müasir metodların tətbiqinə təkan verilib.

Akademik V.Əlizadə bildirib ki, 2006-2009-cu illərdə ABŞ-ın Missuri Botanika Bağı tərəfindən Qafqazda biomüxtəlifliyin qorunması və mühafizəsinə aid proqram çərçivəsində Botanika İnstitutuna əməkdaşlıq təklifi edilib. “Qafqaz regionunda endem bitkilərinin qiymətləndirilməsi və mühafizəsi” proqramı çərçivəsində ABŞ-da altı Qafqaz ölkəsinin botanikləri üçün müasir səviyyədə yabanı bitkilərin qiymətləndirilməsinə dair treninqlər keçirilib. Proqramın məqsədi Qafqazın endem bitkilərinin müəyyənləşdirilməsi, siyahısının tərtib edilməsi və qiymətləndirilməsi idi. Həmin siyahının hazırlanması prosesində Qafqazın aparıcı botanikləri ABŞ-ın CEPF fondunun dəstəyi ilə və İUCN-in himayəsi altında əlavə monitorinqlər keçirib, endem bitkilərin siyahısını tərtib ediblər. Beləliklə, dərin təhlillər nəticəsində hər ölkəyə məxsus nəsli kəsilməkdə olan bitkilərin siyahısı təqdim olunub. Bu layihənin əhəmiyyəti olduqca mühümdür. Son nəticədə “Qafqazın endem bitkilərinin Qırmızı siyahısı” sistematik monoqrafiyası 2014-cü ildə ABŞ-da ingilis dilində nəşr olunub və bütün dünyada yayılıb.

V.Əlizadə qeyd edib ki, Azərbaycan tərəfdən proqramın milli əlaqələndirici kimi beynəlxalq ictimaiyyətə ölkəmizin florası, burada bitən bitki növləri barədə düzgün və ətraflı məlumatların çatdırılmasına nail olunub. Bu unikal əsərdə ilk dəfə Qafqazın altı ölkəsinin nadir və nəsli kəsilməkdə olan endem bitkilərinin qiymətləndirilməsi, elektron xəritəsi, siyahısı, tarixi, yayılma arenası, həmçinin yerli florası, bitki örtüyü, iqlimi barədə ətraflı məlumatlar verilib. Burada əsasən bitkilərin müasir səviyyədə qiymətləndirilməsi aparılıb, onların statusu müəyyənləşdirilib. Alim bu kitabın hazırlanma prosesi zamanı “Azərbaycanın Qırmızı Kitabı”na (2-ci nəşr) daxil olan nadır və nəsli kəsilməkdə olan bitki növlərinin qiymətləndirilməsinin də həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, hazırda ABŞ-ın Missuri Botanika Bağı tərəfindən “Dünyanın online florası” elektron bazasının işlənib hazırlanması üçün yaradılan konsorsiuma digər ölkələrlə yanaşı, Botanika İnstitutu da tərəfdaş kimi qəbul olunub. Dünyada siyahısı tərtib olunmuş bütün məlum bitki növləri haqqında məlumatlar elektron bazaya daxil ediləcək.

Azərbaycanın çox zəngin floraya malik olduğunu vurğulayan akademik Qafqazda 6.500 bitki növünün böyük hissəsinin – 4.500-dən çox yabanı bitki növünün ölkəmizin payına düşdüyünü qeyd edib. Həmçinin o, respublikada nümunələrin sayına görə ən qədim və əhəmiyyətli Herbari fondunun 1936-cı ildən Botanika İnstitutunda yaradıldığını və daim zənginləşdirildiyini deyib. Fondun fəaliyyəti barədə məlumat verən V.Əlizadə burada hazırda 600.000 nüsxədən ibarət zəngin herbari kolleksiyasının saxlanıldığını və qorunan herbari nümunələrinin Azərbaycan və Qafqazın florası ilə yanaşı, digər qonşu ölkələrin floralarını da əhatə etdiyini söyləyib.

İnstitutda qazanılan biliklər və təcrübə əsasında hazırda təbii floramızın mühafizəsinə yönəldilən, Avropanın iki böyük ölkəsi ilə uzunmüddətli beynəlxalq proqram çərçivəsində elmi-tədqiqat işlərinin aparıldığı bildirilib.

V.Əlizadə rəhbərlik etdiyi elm müəssisəsi ilə Berlin Botanika Bağı və Botanika Muzeyi arasında imzalanmış memorandum çərçivəsində 2009-cu ildən başlayaraq Herbari Fondunun infrastrukturunun müasirləşdirildiyini, xüsusi herbskanerlər alındığını qeyd edib. Azərbaycanın sərvəti olan dəyərli herbari materiallarının müasir avadanlıq vasitəsilə rəqəmsallaşdırıldığını, Avropa Virtual Məlumat Bazasına daxil edildiyini və hazırda Azərbaycanda ilk dəfə virtual məlumat şəbəkəsinə on mindən çox herbari nüsxəsi yerləşdirildiyini nəzərə çatdırıb. O, həmçinin institutun Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulduğunu, tarixdə ilk dəfə tip nümunələri haqqında məlumatların dünya məlumat bazasına daxil edildiyini deyib. Beləliklə, ilk dəfə elm üçün Azərbaycan ərazisindən tapılan yeni bitki növlərinin tip nümunələrinin rəqəmsallaşdırılmaqla online məlumat bazasına daxil olunduğu və bu işin ardıcıl davam etdirildiyi bildirilib.

V.Əlizadə bildirib ki, Birləşmiş Krallığın Botanika Bağlarının “Minilliyin Toxum Bankı” ilə Botanika İnstitutu arasında imzalanan memoranduma əsasən “Qafqaz florasının mühafizəsi” proqramı çərçivəsində “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi 2012-ci ildən başlayaraq həyata keçirilir. Layihə çərçivəsində çoxlu monitorinqlər zamanı toplanan yüzdən çox nadir və endem bitkiyə aid toxum kolleksiyası və ona aid məlumat bazası mühafizə məqsədilə “Minilliyin Toxum Bankı”nda və Botanika İnstitutunda yeni yaradılan Toxum Bankında saxlanılır.

Botanika elminin təbliği məqsədilə institutda 2010-cu ildə innovativ Botanika Muzeyi yaradılıb. Bu sahədə Botanika İnstitutu, Fribourq Təbiət Tarixi Muzeyi və Fribourg Universiteti arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilən müştərək layihə nəticəsində ilk dəfə İsveçrə təcrübəsinin innovativ aspektləri tətbiq edilib.

Botanika İnstitutunun uğurlu layihələrindən söz açan V.Əlizadə qeyd edib ki, onun rəhbərliyi ilə populyasiya-ontogenetik analiz üçün nadir bitkilərin siyahısı tərtib olunub, populyasiyaların ontogenetik strukturunun kompleks parametrlərinin müəyyənləşdirilməsinə yönəldilmiş xüsusi monitorinq sistemi işlənib hazırlanıb. İlk dəfə respublikada “Azərbaycanın Qırmızı Kitabı”na daxil edilən nadir növlərin populyasiyalarının vəziyyəti ətraflı öyrənilib. Akademik Elmi Məlumat Bazasının (EMB) ilkin informasiya daşıyıcısının “Azərbaycanın nadir və endem bitkilərinin elektron-məlumat bazası” olduğunu vurğulayıb. Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri haqqında 28 parametr üzrə bölünən və formalizə edilən məlumatın cəmləşdiyi qeyd edilib. Eyni zamanda, bu elm müəssisəsində Riyaziyyat və Mexanika İnstitutu ilə birgə “Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” mövzusunda modelləşdirilmə üzrə sahələrarası elmi-tədqiqat işi də həyata keçirilir.

İnstitutun ekosistemlərin fitososiologiyası laboratoriyasının sahələrarası elmi-tədqiqat işi Azərbaycanın ekosistemlərində nadir növlər və onların populyasiyalarını qorumaq məqsədilə öyrənilməsinə yönəldilib. Tədqiqatın gedişatında nadir bitki növlərinin populyasiyalarının xəritələşdirilməsi, qiymətləndirilməsi, bitki örtüyü strukturunun öyrənilməsi, GİS vasitəsilə bitki indikatorlarının təyin edilməsi, aerokosmik və ekoloji monitorinqin aparılması, elektron məlumat bazalarının yaradılması kimi işlər aparılır. Laboratoriyanın tərkibinə toxum sektoru da daxildir və onun əsas vəzifəsi nadir və itmə təhlükəsi altında olan, eləcə də iqtisadi əhəmiyyətli bitkilərin (dərman, aromatik, qida, boyaq) toxumlarını yığmaq və saxlamaqdır. İki nadir növ üzrə mikroklonlaşma sahəsində ilkin təcrübə aparılır.

Akademik V.Əlizadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya və Fəaliyyət Planı”nda digər təşkilatlarla yanaşı, AMEA-nın və Botanika İnstitutunun da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələr qoyulub. Milli Strategiyada qeyd edilən müvafiq bəndlərin icrası ilə bu elm müəssisəsi məşğul olacaq. İnstitut tərəfindən bioloji müxtəlifliyin qorunması istiqamətində müəyyən addımlar atılır. Buraya nadir bitkilərin öyrənilməsinin monitorinqinin qiymətləndirilməsi, maarifləndirilmə məsələləri, floranın öyrənilməsində yeni işlərin aparılması, məhsuldar torpaqların yaşıllaşdırılması və digər məsələlər daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib