ELM VƏ TƏHSİL


Akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr edilən konfrans keçiriləcək

Bakı, 8 sentyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfransda alimin həyatı və elmi-pedaqoji, dini-maarifçilik, tərcüməçilik fəaliyyəti, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna dair məruzələr dinləniləcək.

Konfransda iştirak etmək istəyənlər məqalələrini oktyabrın 15-dək [email protected] elektron ünvanına göndərməlidirlər.

Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.

Əlaqələndirici şəxslər:

Şahin Ələsgərov (+99412) 510 65 45, (+99455) 529 93 80;

Emil İsbatov (+99412) 510 65 45, (+99455) 200 21 03.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.