Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik: Xəzər dənizində suyun səviyyəsinin enməsi ekstremal hal deyil

Akademik: Xəzər dənizində suyun səviyyəsinin enməsi ekstremal hal deyil

Bakı, 15 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

Xəzər dənizində suyun səviyyəsinin bir qədər azalması ekstremal hal deyil. Apardığımız kompleks araşdırmalar bir neçə onillikdən sonra Xəzər dənizini nələr gözlədiyini dəqiq proqnozlaşdırmağa imkan verəcək. Belə bir təhlükə var ki, Azərbaycan torpaqlarının bir hissəsi səhralaşmağa məruz qala bilər. Qəribə də olsa bu, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlıdır.

Bu fikirləri Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib. R.Məmmədov Xəzər dənizinin Xəzəryanı ölkələr və Azərbaycan üçün əhəmiyyəti, hazırkı vəziyyəti və gələcək taleyi ilə bağlı fikirlərini bölüşüb.

“Bu yaxınlarda “National Geographic” jurnalında yazıblar ki, tezliklə Azərbaycan ərazisinin üçdə iki hissəsi suya qərq olacaq. Mən buna əsla inanmıram. Belə bir proqnozu 1992-ci ildə Xəzər problemləri üzrə idarələrarası elmi şuranın sədri və A.M.Obuxov adına Fizika İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Georgi Qolitsın vermişdi. O, hətta Azərbaycan tərəfinə xəbərdarlıq teleqramı göndərmişdi ki, bilin, Qız qalasının bir hissəsi suyun altında qalacaq. Lakin son altı yüz il ərzində belə hadisə olmayıb. Su Qız qalasının ətəyinə bir qədər yaxınlaşıb. Aparılmış tədqiqatlara görə, son üç min ildə Xəzər dənizinin səviyyəsinin dəyişməsi amplitudası 15 metrdən çox olmayıb”, - deyə akademik bildirib.

1978-ci ildən 1996-cı ilədək Xəzərin səviyyəsinin 2,5 metr qalxması Xəzəryanı dövlətlərə, o cümlədən Azərbaycana 2 milyard ABŞ dollar miqdarında ziyan vurmuşdu. Bu hadisəni şərh edən akademik deyib ki, Qazaxıstanda neft buruqları, Azərbaycanda isə neft platformaları hazırlanan zavodun stapelləri su altında qaldı. Bakı bulvarındakı ekzotik ağaclar məhv oldu. İtkilər həqiqətən böyük idi, lakin bunun təqsiri təbiətdə deyil, inadkarlıq edən insanlardadır. Xəzər dənizinin səviyyəsi adətən 30-40 santimetrə qədər qalxıb enir. Buna səbəb dənizə tökülən çayların suyu, dəniz səthindən suyun buxarlanmasıdır. 1837-ci ildən Xəzərin səviyyəsi ilə bağlı müşahidələr aparılır. Məlum olub ki, dəniz səviyyəsinin dəyişmələri 11 il dövriliklə baş verir. “Bizim fikrimizcə, bu, günəşin aktivlik dövrləri ilə bağlıdır. Bədbin proqnozlarla heç vaxt razılaşmamışam və indi də razılaşmıram. İqlimə dair 1993-cü ildə Parisdə, 1995-ci ildə Tehranda keçirilmiş konfranslarda çıxış edib demişdim ki, Xəzər dənizinin səviyyəsinin qalxması tezliklə dayanacaq və kiçik tərəddüdlərlə sabitləşmə dövrü başlanacaq. Belə də oldu”, - deyə akademik qeyd edib.

Coğrafiya İnstitutunun əsas elmi istiqamətlərindən birinin Xəzər dənizi üzrə aparılan tədqiqatlar olduğunu vurğulayan R.Məmmədov elmi-tədqiqat gəmisinin olmamasının bu sahədə müəyyən çətinliklər yaratdığını bildirib: “Amma bunun da çıxış yolu var. Belə ki, ətraf mühit üzrə müasir tədqiqatlar başlıca olaraq süni peyklərdən alınan məlumatlara əsaslanır. Azərbaycanın öz peyki ilə kosmik orbitdən Xəzər dənizi də daxil olmaqla, ölkə ərazisinin çəkilişi aparılır. Biz də həmin məlumatlardan istifadə edərək Xəzər dənizinin ekoloji monitorinqini aparır və hidrofiziki xassələrini öyrənirik. Peyk məlumatları Xəzərin səviyyəsinin intensiv dəyişməsi (qalxıb-enməsi) fonunda sahil zonası landşaft-geomorfoloji şəraitində baş verən dəyişmələri öyrənmək imkanı yaradır. Bu tədqiqatlardan məqsəd sahil zonasının mənimsənilməsinin strateji əsaslarını müəyyənləşdirməkdir”.

İnstitutun digər tədqiqat istiqamətlərindən biri landşaft planlaşdırılmasıdır. Avropa İttifaqı üçün də yeni istiqamət olan bu tədqiqatlar davamlı inkişaf baxımından müəyyən ərazinin inkişaf planını verməkdən ibarətdir. Məsələn, “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkının yaradılması haqqında” Prezident Sərəncamı imzalanmazdan əvvəl institut həmin üsulla Milli Parkın əhatə edəcəyi ərazinin ilkin vəziyyətini qiymətləndirib.

İnstitutda qlobal iqlim dəyişmələri ilə bağlı elmi tədqiqat işlərinin də aparıldığını bildirən R.Məmmədov deyib: “İqlim proqnozunu hazırlamaq olduqca çətin və mürəkkəb məsələdir, bu işlə adətən beynəlxalq təşkilatlar məşğul olur. Biz əsasən iqlim dəyişmələrinin Azərbaycan ərazisində lokal təzahürlərini qiymətləndirməklə məşğuluq. Bu istiqamətdə görülən işlərdən biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sifarişi ilə 66 inzibati rayonda torpaqların aqroiqlim ehtiyatlarının qiymətləndirilməsidir”.

Akademik bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Coğrafiya İnstitutunda “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşrə hazırlanır. İlkin mərhələdə yol xəritəsi tərtib olunub, müvafiq qurumların nümayəndələri ilə müzakirələr aparılıb. Atlasa bir sıra xəritələr - texnogen fövqəladə halların xəbərdarlığı və nəticələrin ləğvi, təbii təhlükə və risklər, fövqəladə halların bioloji-sosial, aqroiqlim təhlükə və riskləri xəritələri daxildir. İnstitut tərəfindən fövqəladə halların artıq 10 baza xəritəsi tərtib olunub.

Hazırda institutda “Türk dünyası coğrafiyası” çoxcildliyi də hazırlanır. Bu barədə məlumat verən R.Məmmədov qeyd edib ki, may ayında Bakıda, oktyabr ayında isə İzmirdə Türkiyə-Azərbaycan Coğrafiya günləri keçirilib. Əsas məqsəd Azərbaycan və Türkiyə coğrafiyaşünas alimləri arasında elmi tədqiqat işlərində əlaqələri daha da möhkəmlətmək, hər iki respublikanın təbii şəraitini, təbii ehtiyatlarını, demoqrafik proseslərini, iqtisadi inkişaf səviyyələrini və istiqamətlərini qarşılıqlı surətdə, birgə öyrənməkdir. Həmin tədbirlər zamanı R.Məmmədov “Türk dünyası coğrafiyası” çoxcildliyinin yaradılması ideyasını gerçəkləşdirmək təklifini irəli sürüb və onun təşəbbüsü qəbul olunub.

Akademik bildirib ki, müasir coğrafiya təbii prosesləri, onların dəyişmə qanunauyğunluqlarını, inkişafını, yer səthində əhali məskunlaşmasını, sənayenin yerləşməsini öyrənən həm fundamental, həm də tətbiqi elmə çevrilib. Hazırda coğrafiya elminin funksiyası yer səthinin hər kvadratmetrini öyrənib ondan səmərəli istifadə etməyin yollarını göstərməkdir. Bu gün sosial-iqtisadi həyatın, planlaşdırmanın elə bir sahəsi yoxdur ki, orada coğrafi məlumatlardan istifadə edilməsin.

Qeyd edək ki, akademik Ramiz Məmmədov Azərbaycanda və dünyada Xəzər dənizi problemləri üzrə tanınmış alim və mütəxəssisdir. Onun elmi tədqiqatlarının əsasları bilavasitə Xəzər dənizinin ən aktual ekocoğrafi problemlərinə - hidrofizikasına, hidrologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyaya, iqlim dəyişmələri və Xəzər dənizinin qarşılıqlı əlaqəsinə, ekocoğrafi çirkləndiricilərin dəniz akvatoriyasında yayılmasının hidrocoğrafi modelinin yaradılmasına həsr olunub. Alimin tədqiqat sahələrinə Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin qloballaşması, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi kimi klassik problemin həlli də daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlı rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb