Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb

Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb

Bakı, 18 iyun, AZƏRTAC

“Akademik Xoşbəxt Yuifzadə. Biblioqrafiya” kitabının yeni nəşri çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, AMEA-nın akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt Yusifzadənin biblioqrafiyası SOCAR tərəfindən 2007-ci və 2012-ci illərdə Bakıda Azərbaycan, rus və ingilis dillərində, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2009-cu ildə Ankarada türk, ingilis, rus və Azərbaycan dillərində nəşr olunmuş “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya”ları əsasında yenidən işlənmiş və əlavələr edilmiş dördüncü nəşrdir.

Biblioqrafiya akademik Xoşbəxt Yusifzadənin 1957-2018-ci illərdə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş elmi məqalələrinə, habelə monoqrafiyalarına, geoloji xəritə və atlaslarına, elmi sessiya, simpozium və konfranslardakı məruzə və çıxışlarına, dəniz neft-qaz yataqlarının kəşfinə və texniki ixtiralarına dair informasiyaları əhatə edir.

Biblioqrafiyanın üç dildə yenidən işlənmiş nəşri “X.B.Yusifzadənin elmi-tədqiqat işləri, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində nailiyyətləri barəsində qısa məlumat”, “Akademik X.B.Yusifzadənin həyat və fəaliyyətinin əsas mərhələləri”, “Nəşr edilmiş elmi əsərləri xronoloji ardıcıllıqla” və “Alim ömrü fotolarda” hissələrindən ibarətdir.

Kitab ulu öndər Heydər Əliyevin “Azərbaycanda Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi bilən ikinci adam yoxdur” və Prezident İlham Əliyevin “Akademik Xoşbəxt Yusifzadə ... nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınmış mütəxəssisdir” fikirləri ilə başlanır.

Biblioqrafiyada, həmçinin Əməkdar jurnalist Ələkbər Abbasovun (Şəhrili) akademik “X.B.Yusifzadənin həyatı, elmi və istehsalat fəaliyyəti haqqında” oçerki yer alıb.

Azərbaycan neft və qaz sənayesinin patriarxlarından biri olan Xoşbəxt Yusifzadə respublikada neftin həm birinci, həm də ikinci milyard tonunun hasil edilməsinin iştirakçısıdır. Görkəmli neftçi-alim həyatını və elmi-istehsalat fəaliyyətini respublikamızda, xüsusən də Xəzər dənizində neft və qaz-kondensat yataqlarının kəşfinə və işlənilməsinə həsr edib. O, tutduğu vəzifədən asılı olmayaraq, elmi işdən ayrılmayıb. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların, ali məktəblərin müvafiq fakültələrində mühazirə oxuyan müəllimlərin və təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Məşhur alimin və görkəmli istehsalat təşkilatçısı Xoşbəxt Yusifzadənin rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri onun 200-dən çox elmi əsərində, o cümlədən 18 monoqrafiyasında və ixtirasında öz əksini tapıb.

X.Yusifzadə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə, yanacaq-energetika kompleksinin inkişafına dair Azərbaycan paytaxtında və xarici ölkələrdə keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, milli neft elminin, Azərbaycan geoloq və geofiziklərinin daim böyük maraq doğuran nailiyyətlərini uğurla nümayiş etdirib.

1988-ci ildən başlayaraq, X.Yusifzadə xarici şirkətlərlə birgə aparılmış bütün işlərdə, o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru və quru sahələri üzrə bugünədək bağlanmış 35 neft sazişinin hazırlanmasında və imzalanmasında bilavasitə iştirak edib. Alimin əməyi dövlət tərəfindən hər zaman layiqincə qiymətləndirilib. O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, bir sıra medallar və fəxri fərmanları ilə təltif edilib, iki dəfə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Ona “SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı”, istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın “Əməkdar mühəndisi” fəxri adları verilib. Müstəqillik illərində Azərbaycanın “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.

Xoşbəxt Yusifzadənin xidmətləri xaricdə də yüksək qiymətləndirilib. Vyetnam Sosialist Respublikası üçün yüksəkixtisaslı neft mütəxəssislərinin hazırlanmasında böyük xidmətlərinə görə 2011-ci ildə həmin ölkənin “Dostluq” ordeni ilə təltif olunub.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə X.Yusifzadə 2008-ci ildə bu akademiyanın beynəlxalq “Qızıl Ulduz Medalı” ilə təltif edilib, “İlin alimi” elan olunub, 2011-ci ildə isə “Türk dünyasının fəxri alimi” adına layiq görülüb.

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisi ilə birlikdə UNESKO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.

BMT-nin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Təltif Şurasının 2018-ci il 27 dekabr tarixli qərarına əsasən dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Avropa Ali Xidmət ordeni ilə təltif olunub.

Akademik Xoşbəxt Yusifzadənin həyatı, elmi-istehsalat fəaliyyəti haqqında ətraflı məlumatı biblioqrafiyadan əldə etmək mümkündür. Nəşrin redaktoru Ələkbər Abbasov, mətnləri tərcümə edənlər Riçard Peqq, Emil Bağırov və Vadim Abramenkodur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb