CƏMİYYƏT


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mülki müdafiə məşqi keçirilib

Bakı, 8 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin metodiki köməkliyi ilə avqustun 8-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə qüvvələrinin şəxsi heyətinin fövqəladə hallara operativ reaksiyavermə və işçi sənədlərin tərtib edilməsi üzrə hazırlıq səviyyəsinin yoxlanılması və yüksəldilməsi, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsi olub.

Məşqə Milli Oftalmologiya Mərkəzinin mülki müdafiə qüvvələrinin şəxsi heyəti də cəlb edilib.

Məşqin gedişində Milli Oftalmologiya Mərkəzi aparatının və struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsinə dair suallar işlənilib.

Tədbirin sonunda məşq rəhbərliyi tərəfindən yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.