CƏMİYYƏT


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2168 xəstə müraciət edib

Bakı, 23 oktyabr, AZƏRTAC 

Oktyabrın 16-dan 22-dək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2168 xəstə müraciət edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu tibb müəssisəsinin klinikasında həftə ərzində 131 cərrahi əməliyyat icra olunub ki, onlardan 74-ü katarakta diaqnozu olan xəstələrdir. Bu xəstələrin altısında intravitreal əməliyyat, üçündə antiqlaukomatoz cərrahi əməliyyatları, altısında DCR, altısında çəpgözlüyün korreksiyası, ikisində eksimer-lazer, üçündə CCL, ikisində plastik, altısında yaranın cərrahi işlənməsi, birində pteriqiumun götürülməsi və digər cərrahi əməliyyatlar icra olunub.

Mərkəzin Masallı filialına həftə ərzində 283 xəstə müraciət edib. Bu pasiyentlərdən 45-I katarakta diaqnozu, ikisində DCR, ikisində pteriqiumun götürülməsi cərrahi əməliyyatı, ikisində isə intravitreal inyeksiya icra olunub.

Mərkəzin Gəncə filialına həftə ərzində 212 xəstə müraciət edib ki, onların beşində panretinal lazerkoaqulyasiya icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.