SİYASƏT
Əkbər Gəncə: Ermənistan Qarabağdan çəkilməyənə qədər mübarizəmizi davam etdirəcəyik VİDEO
Berlin, 22 fevral, AZƏRTAC
Ermənistan Qarabağdan çəkilməyənə qədər mübarizəmizi davam etdirəcəyik.
AZƏRTAC-ın xüsusi müxbiri Berlinin Brandenburq qapıları qarşısındakı Paris meydanından xəbər verir ki, bu sözləri agentliyə müsahibəsində İsveçrədən olan həmyerlimiz Əkbər Gəncə söyləyib.
O deyib: “Biz Xocalı soyqırımından keçən 28 il ərzində hər il olduğu kimi, bu il də bir yerə toplamışıq ki, 1992-ci ildə erməni cinayətkarlarının Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı törətdiyi amansız vəhşiliyi pisləyək. İndi burada Xocalı soyqırımının ildönümünə həsr olunmuş möhtəşəm mitinq başlayacaq. Qoy bütün həmvətənlərimiz səsimizə səs versin”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin