MƏDƏNİYYƏT


Əkbər Qoşalının türk xalqları ədəbiyyatının dövrləşməsinə dair məqaləsi “TARİH” jurnalında yayımlanıb

Bakı, 6 iyul, AZƏRTAC

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyi yanında İctimai Şurasının sədr müavini, Beynəlxalq "ALAŞ" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının türk xalqları ədəbiyyatının dövrləşməsinə dair məqaləsi qardaş Türkiyənin “TARİH” türk dünyası tarix, mədəniyyət dərgisində yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə türk xalqları ədəbiyyatının yeni bölgüsü irəli sürülüb. Bu, yazarın "TARİH"də çıxan ikinci irihəcmli məqaləsidir. O, cari ilin fevralında, "Ermənilərin Orta Asiya politikası" adlı araşdırma yazısı ilə çıxış etmişdi.

Ə.Qoşalının şeirləri isə digər qardaş ölkədə - Özbəkistanın nüfuzlu "Cahan ədəbiyyatı" dərgisinin yeni sayında yayımlanıb. Burada yazarın yeddi şeiri oxuculara təqdim olunub. Şeirləri özbəkcəyə özbək şair-tərcüməçisi Rəhmət Babacan uyğunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.