İDMAN


“Akhisar Bələdiyyəspor” “Kasımpaşa”nı məğlub edib

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 7-də futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsinin birinci oyununda “Akhisar Bələdiyyəspor” komandası öz meydanında “Kasımpaşa”nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyundan meydan sahibləri qalib ayrılıb. Görüşdə hesabı meydan sahibləri açıb. Sokol Cikaleşi 41-ci dəqiqədə rəqib qapısına yol tapıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 51-ci dəqiqəsində Sokol Cikaleşi komandasının və özünün ikinci qolunu vurub. Meydan sahibləri 73-cü dəqiqədə bir daha qonaqları mərkəzdən başlamağa məcbur edib. Qonaqlar 90-cı dəqiqədə fərqlənə biliblər. Haris Hajradinovic hesab arasındakı fərqi bir azaldıb. Görüşdə “Akhisar Bələdiyyəspor” klubu “Kasımpaşa”nı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Türkiyə Kubokunun dörddəbir final mərhələsinin cavab görüşləri fevralın 23, 24 və 25-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.