ELM VƏ TƏHSİL


Akif Əlizadə: AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır

Bakı, 8 iyun, AZƏRTAC

Son beş ildə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə iyunun 8-də AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik ümumi yığıncaqda bildirib. O deyib ki, akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

A.Əlizadə diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, Azərbaycanın yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. O vurğulayıb ki, AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər də edilib. Akademik son beş ildə elm və təhsilin inteqrasiyası sahəsindəki uğurlardan biri kimi doktorluq təhsilinin və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən “Nizami” layihəsini də xüsusi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.