CƏMİYYƏT


Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq

Bakı, 2 dekabr, AZƏRTAC

Bəzi hallarda xəstəliyin bütün nəticələri aşkar olsa da, PZR analizi mənfi olur. Belə olan halda nəzərə almalıyıq ki, yanlış analizlər ola bilər və yenə də qorunma tədbirlərinə əməl etməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Professor deyib: “Elə dövrə gəlib çıxmışıq ki, soyuqdəymə, qızdırma, öskürək və s. əlamətlər olanda “bəlkə məndə COVID var” deyə düşünməliyik. Ona görə ki, biz infeksiya mənbəyi olub onu başqalarına yoluxdura bilərik. Heç kəsin bu infeksiyaya tutulmasını arzu etmirik, amma biz özümüz bu barədə ciddi fikirləşməli və həkimə müraciət edib diaqnozu dəqiqləşdirməliyik.

Həmişə sual verirlər: bu xəstəlik nə vaxta qədər davam edəcək? Əlbəttə, dəqiq proqnoz vermək çətindir. Dəfələrlə demişik və bir daha deyirik ki, insanların bir qismində bu xəstəliyə qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq. Bu, heç də o demək deyil ki, hamı xəstələnməlidir və onda immunitet yaranmalıdır. Kimdəsə xəstəlik keçirməsi nəticəsində immunitet yarana bilər, əhalinin qalan hissəsində isə yaxın aylarda aparılacaq peyvənd tədbirləri nəticəsində mümkün olacaq. Bu vasitə ilə kollektiv immunitet yaradıb pandemiyadan qurtula bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.