REGİONLAR


Əkin dövriyyəsinə qatılan sahələri suvarma suyu ilə normal təmin etmək üçün tədbirlər görülür

Kürdəmir, 25 sentyabr, AZƏRTAC 

Kürdəmir rayonunun Muradxan-Pirili massivində cari ildən əkin dövriyyəsinə qatılan 4500 hektar torpaq sahəsini suvarma suyu ilə normal təmin etmək istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə ərazini su ilə təmin edəcək Muradxan kanalının suötürmə qabiliyyəti 2 kub saniyədən 3,5 kub saniyəyə qədər artırılacaq. Artıq beton kanalının sağ və sol sahilləri 90 santimetrə qədər qaldırılıb, Kür çayı sahilində inşa edilən Çərtəyəz nasos stansiyanın beton bünövrəsi və divarları tökülüb, kərpic izolyasiya qatı vurulur. Habelə Muradxan beton kanalının davamı olaraq 4,5 kilometr məsafədə torpaq yatağı tökülüb, dib beton hissəsində işlər görülür.

“Xəzər inşaat E” MMC tərəfindən görülən işlərin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.