Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Akira Matsunaqa: Azərbaycan beynəlxalq aləmlə sıx münasibətlər quraraq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib

Akira Matsunaqa: Azərbaycan beynəlxalq aləmlə sıx münasibətlər quraraq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib

Tokio, 28 may, AZƏRTAC

Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru Akira Matsunaqa Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni sizə təqdim edirik.

- Cənab professor, bildiyimiz kimi bu il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və bununla əlaqədar yalnız Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox ölkələrində çoxsaylı tədbirlər keçirilir. Azərbaycan tarixi və ədəbiyyatı ilə yaxından tanış olan bir tədqiqatçı kimi, müasir Azərbaycan dövlətinin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin rolunu necə qiymətləndirərdiniz? Bu respublikanın Şərqdə və ümumilikdə müsəlman dünyasında demokratik ənənələrin formalaşmasında rolu barədə nə deyə bilərsiniz?

- Əvvəlcə bütün Azərbaycan xalqını dövlətçilik tarixinizdə, Azərbaycanda demokratik ənənələrin yaranmasında və formalaşmasında mühüm rola malik olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edirəm. Bir tarixçi olaraq Azərbaycan xalqının qədim və zəngin tarixə, böyük dövlətçilik ənənələrinə malik olduğunu xüsusi qeyd etmək istəyirəm. Hazırda dünyanın hər yerində yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqınızın deyil, eyni zamanda bütün islam dünyasının tarixində mühüm rola malik olub və onun tarixi əhəmiyyətini yüksək qiymətləndirmək lazımdır. Əgər onun yarandığı dövrü və coğrafi məkanı təhlil etsək görərik ki, bu dövlət Çar imperiyasının məhv edildiyi bir dövlətin ərazisində, ətrafında şah və imperator rejimlərinin hökm sürdüyü bir vaxtda yaranmasına baxmayaraq, özündə məhz xalq hakimiyyətinin demokratik dəyərlərini, parlament üsul-idarəsini əks etdirirdi. Həmin parlamentdə, demək olar ki, Azərbaycanda yaşayan bütün xalqların və mövcud siyasi partiyaların nümayəndələri təmsil edilmişdi. Bu dövlətdə yalnız müsəlman dünyasından deyil, eyni zamanda, bir çox Avropa dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ verilmişdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət, demək olar ki, cəmiyyətin bütün sahələrində mühüm irəliləyişə yol açan addımlar atmışdı. İslam ölkələri arasında ilk olaraq gender bərabərliyinə hüquqi əsas verən dünyəvi və milli dövlət kimi AXC-nin əhəmiyyətini mütləq qeyd etmək lazımdır. Bu baxımdan islam dünyasında Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi rolu olub. Təəssüflər olsun ki, bu Cümhuriyyət qısa bir müddətdən sonra Bakının işğalı ilə süquta uğradı.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Şərq tarixində böyük iz buraxdı. Dünyəvi dövlət olan AXC parlament təşkil edərək, burada tərəqqipərvər qanunlar qəbul edərək qadın-kişi bərabərliyini təmin etdi.

- Müasir müstəqil Azərbaycan AXC-nin siyasi-hüquqi varisidir. Bəs müasir Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasına AXC nə kimi təsir göstərib?

- 1991-ci ildə Sovetlər birliyinin dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib. Düşünürəm ki, müasir Azərbaycan 100 il öncəki müstəqillik ideyaları və məqsədləri əsasında formalaşıb və həmin ideyaları özündə əks etdirir. Azərbaycanda “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə qəbul edilən üçrəngli bayraq 100 il əvvəl olduğu kimi bu gün də Azərbaycanın əsas simvoludur. Yəni 100 il əvvəl formalaşan dövlətçilik ənənələri bu gün də yaşayır və Azərbaycanın inkişafına xidmət edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müasir Azərbaycanda həmin vaxt formalaşan dövlətçilik ənənələrinə bu gün göstərilən xüsusi diqqətin ən bariz nümunəsidir.

100 il öncəki AXC bugünkü Azərbaycanın varlığı üçün əhəmiyyətli məna daşıyır. Sovet imperiyasının tərkibindən çıxdıqdan sonra ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət və strategiya əsasında Azərbaycan mükəmməl dövlətə çevrilib. Xüsusilə, Xəzər dənizindən hasil olunan neftdən əldə edilən sərmayələrin müdrik şəkildə istifadəsi nəticəsində Azərbaycan müasir səviyyədə inkişaf edərək regionun lider dövləti olub.

- Dəfələrlə Azərbaycana səfərlər etmiş bir tədqiqatçı kimi müasir Azərbaycan dövlətini necə xarakterizə edərdiniz? Müasir Azərbaycanın sosial-iqtisadi inkişafı barədə fikirlərinizi də bilmək maraqlı olardı. Müasir Azərbaycan Yaponiyadan necə görünür?

- 1995-ci ildən başlayaraq mən müntəzəm şəkildə Azərbaycana, Bakıya səfərlər edirəm. Hər səfərimdə ölkənizin dinamik inkişafının, sürətlə dəyişməsinin şahidi oluram. Bu gün Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, görünməmiş şəkildə inkişaf edir. Yaponiya isə Azərbaycana artıq yardıma ehtiyacı olan bir ölkə kimi yox, əksinə etibarlı və bərabər səviyyəli tərəfdaş kimi baxır. Yaponiya şirkətləri böyük məmnuniyyətlə Azərbaycanın iştirakı ilə təşkil edilən nəhəng beynəlxalq layihələrə qoşulurlar. Sevindirici haldır ki, bu gün yalnız yapon şirkətləri deyil, eyni zamanda Yaponiyanın regionları da Azərbaycanın regionları ilə əməkdaşlığa can atırlar. İki ölkə arasında yalnız siyasi-iqtisadi əməkdaşlıq deyil, həmçinin regional əlaqələr də inkişaf edir.

Hazırda Yaponiya ilə Azərbaycan arasında münasibətlər Prezident İlham Əliyevin mükəmməl və müdrik siyasəti nəticəsində yüksək səviyyədə davam etməkdədir.

Azərbaycanda olduğum zaman mən yalnız paytaxt Bakının deyil, regionlarınızın da inkişafının şahidi olmuşam. Sevinirəm ki, bu inkişaf hələ də davam edir və əminəm ki, gələcəkdə də davam edəcək. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən böyük şücaətlə, ustalıqla davam etdirilir və nəticədə Azərbaycanda mükəmməl dövlət formalaşıb.

Müstəqilliyin bərpasının ilk dövrlərindəki siyasi-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan uğurlu xarici siyasət nəticəsində həm qonşu Rusiya, İran və Türkiyə kimi dövlətlərlə, həm də beynəlxalq aləmlə sıx münasibətlər quraraq, müasir dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu məni Azərbaycanın bir dostu olaraq çox sevindirir. Bir daha Azərbaycan xalqını böyük bayram münasibətilə təbrik edir, xalqınıza daim tərəqqi və inkişaf arzulayıram.

-Maraqlı müsahibəyə və təbriklərə görə çox sağ olun.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Tayvanda güclü zəlzələ baş verib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Bayden Zelenskiyə yeni silah paketinin tezliklə ayrılacağını vəd edib

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Prezident İlham Əliyev: Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq

Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb

Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO

“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb

Prezident İlham Əliyev: Vladimir Putin və Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını qoyublar

Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər

Türkiyə, İraq, Qətər və BƏƏ “İnkişaf Yolu” layihəsi üçün səylərini birləşdirəcək