SİYASƏT


Akkan Suver: Ermənistanın növbəti təxribatının qarşısının alınması Azərbaycan Ordusunun gücünün göstəricisidir

Ankara, 14 iyul, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə hücum cəhdinin qarşısının qətiyyətlə alınması Azərbaycan ordusunun növbəti rəşadətidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ifadə edib.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını həm Ermənistan rəhbərliyi, həm də regionda sülh və sabitliyin qorunmasına məsuliyyət daşıyan təşkilatlara açıq mesaj kimi dəyərləndirən professor deyib: “Baş verənlər bir daha göstərdi ki, Azərbaycan çoxistiqamətli inkişaf yolu ilə əzmlə irəliləyir. Dövlət başçısının qəbul etdiyi operativ siyasi qərarlar və beynəlxalq ictimaiyyətə çatdırılan mesajlar, çevik diplomatik addımlar, o cümlədən beynəlxalq və yerli KİV ilə görülən işlər öz nəticəsini verdi. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın növbəti hərbi təxribatının bütün səbəblərini açıq şəkildə ortaya qoyur. Türkiyə başda olmaqla Azərbaycanın haqq işinə verilən çoxistiqamətli dəstək Ermənistan rəhbərliyini dərindən düşündürməlidir. İşğalçı tərəf anlamalıdır ki, 1990-cı illərin ab-havası çoxdan çəkilib. O dövrdə həm Azərbaycana qarşı işğalçılıq həyata keçirdilər, həm də beynəlxalq medianın gücündən istifadə edərək baş verənlər haqqında tamamilə yanlış rəy formalaşdırdılar. İndiki, modern və dinamik inkişafda olan Azərbaycan həmin dövrün Azərbaycanı deyil və Türkiyə açıq şəkildə bu haqq işində qardaş ölkənin yanındadır”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.