Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Akkan Suver: Ümummilli Liderinin mübarizəsində nə qədər haqlı olduğunu ötən günlərdə yazılan Qarabağ dastanında bir daha gördük

Akkan Suver: Ümummilli Liderinin mübarizəsində nə qədər haqlı olduğunu ötən günlərdə yazılan Qarabağ dastanında bir daha gördük

İstanbul, 12 dekabr, AZƏRTAC

Böyük insanların yalnız doğum tarixləri olur. Onlar bizi tərk edə bilərlər, lakin, düşüncələri və idealları ilə hər zaman yanımızdadırlar. Belə insanlardan biri olan Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev də uzaqgörənliyi və dünyaya baxışı ilə yalnız Azərbaycan torpaqlarında deyil, bütün türk dünyası coğrafiyasında yaşayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə bağlı Türkiyənin nüfuzlu “Milliyyət” qəzetindəki məqaləsində yer alır.

Məqalədə bildirilir ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələrkən ölkə ən çətin və ağır günlərini yaşayırdı: “Ölkə daxilində qarşıdurma ən üst həddə idi. Azərbaycan tarixinin ən böhranlı dövrünü yaşayırdı. Ölkə vətəndaş müharibəsi astanasında idi və müstəqillik təhlükə qarşısında qalmışdı. Belə bir dövrdə bütün bu çətinliklərə baxmayaraq, xalqın dəvətinə cavab olaraq Heydər Əliyev hakimiyyətə gəldi. Əvvəlcə ölkədaxili sabitliyi bərqərar edən Ulu Öndər, həmçinin Azərbaycanın xaricdə nüfuzunu artırmaq və erməni işğalı altında olan torpaqların danışıqlar yolu ilə qaytarılmasına nail olmaq istiqamətində fəaliyyətini davam etdirdi”.

Ümummilli Liderin ATƏT-in Lissabon Zirvəsində yüksək inandırma qabiliyyəti nümayiş etdirərək Qarabağın Azərbaycan ərazisi kimi qeydə alınmasını təmin etməsinin o günün şərtlərinə fövqəladə bir uğur olduğunu deyən professor bildirib: “1997-ci ildə Lissabonda əldə edilən bu müvəffəqiyyət 23 il sonra onun əbədi yuxusunda rahatlığa çatmasını təmin edən Qələbənin ilk addım idi. Heydər Əliyev ömrü boyu Qarabağ məsələsini öndə tutub, Ermənistanın işğalı və törətdiyi bütün qanunsuzluqları hər platformada beynəlxalq aləmə çatdırıb. O, Qarabağ mövzusunda çox həssas və qərarlı idi. Ümummilli Lider bu qərarlılığını Mixail Qorbaçovun Qarabağ və Bakı siyasətində SSRİ-yə etiraz edərək, Kommunist Partiyası üzvlüyündən istefası ilə də nümayiş etdirdi. Bu, o günün şərtləri daxilində asan bir davranış deyildi. Ancaq, Qarabağ məsələsinə olan həssaslığı və o dövrdə Rusiyanın irəli sürdüyü Bakı siyasəti onu bu addımı atmağa vadar etdi. Ulu Öndər on illik hakimiyyəti dövründə əvvəlcə Azərbaycanın birliyini təmin etdi, sonra da milli və beynəlxalq aləmdə, ölkənin sosial, mədəni və iqtisadi sahələrdə inanılmaz ölçülərdə nailiyyətlər əldə etməsinə nail oldu. Bu nailiyyətlərdən biri də müasir Azərbaycan Ordusudur. Onun hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və Qərb normalarında formalaşmasına nail olmaq üçün mühüm səylər göstərilmişdi. Təməlini qoyduğu bu addımların nəticəsi olaraq onun əbədiyyətə qovuşmasından 17 il sonra, bu gün Şuşada, Zəngilanda, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Füzulidə, Laçında Azərbaycan bayrağı dalğalanır. Dahi Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər tərəfindən başladılan danışıqlar yolunu səbrlə davam etdirdi. Azərbaycanın haqlarını tanımamaqda israr edən Ermənistanı şanlı Azərbaycan Ordusu diz çökdürtdü”.

O qeyd edib ki, həyatı boyu bütün əsərlərini türk dünyasına, türk birliyinə və Türkiyə Respublikasına inamı, uzaqgörənliyi ilə formalaşdıran, Azərbaycanla Türkiyəni onun sözləri ilə desək qalın zəncir olan Bakı-Tiflis-Ceyhan kəməri ilə bağlayan Azərbaycanın Ümummilli Liderinin inancında və mübarizəsində nə qədər haqlı olduğunu ötən günlərdə yazılan şanlı Qarabağ dastanında bir daha gördük. Azərbaycanın əldə etdiyi Qarabağ Zəfəri Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyinin sübutudur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir