İQTİSADİYYAT
“Akkord” Korporasiyası metro tikintisi layihələrinə qoşulur
Bakı, 28 yanvar (AZƏRTAC). “Akkord” Korporasiyasına dövlət tərəfindən böyük etimad göstərilmişdir və şirkət ölkənin metro tikintisi layihələrinə qoşulur.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu sözləri Korporasiyanın Direktorlar Şurasının sədri, baş direktoru Xaqani Quluzadə İşveçrənin “Liebherr” şirkətinin nümayəndə heyəti ilə görüşündə demişdir.
Şirkətin həyata keçirəcəyi layihələrlə bağlı məlumat verən X.Quluzadə qeyd etmişdir ki, bu, 2030-cu ilədək olan bir layihənin başlanğıcıdır. Layihədə 50-yə yaxın yeni stansiyanın və uzunluğu 110 kilometr olan metro yollarının tikintisi nəzərdə tutulmuşdur. Layihənin ümumi büdcəsinin təxminən 10-12 milyard manat civarında olacağı gözlənilir. Bu tikinti işləri bir neçə xarici və yerli tikinti şirkəti ilə birgə həyata keçiriləcəkdir.
“Akkord” Korporasiyası isə hazırda Fransanın “Bouygues” şirkəti ilə birgə müəssisə yaradaraq memorandum imzalamışdır və metro tikintisi işlərini birgə həyata keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]