İQTİSADİYYAT


“Akkord” korporasiyası Gürcüstanda beynəlxalq layihənin qalibi olub

Bakı, 19 avqust, AZƏRTAC 

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin Çiatura şəhərinin Su Sistemləri Şəbəkəsinin yenidən qurulmasının həyata keçirilməsi üzrə keçirdiyi tenderin qalibi olub.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tenderin dəyəri 15,3 milyon ABŞ dolları təşkil edir.

Tbilisi şəhərində Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək layihənin imzalanma mərasimi keçirilib. Müqaviləni Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin direktoru Georgi Kobaridze, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səlahiyyətli nümayəndəsi Alik Cəfərov imzalayıb.

Qeyd olunub ki, bu ilin iyulun 20-də “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Qazaxıstan Respublikasında ümumi dəyəri 70 milyon dollar olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tenderin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.