İQTİSADİYYAT


Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiya üzrə Beynəlxalq Təşkilatının loqosundan istifadə edə biləcək

Bakı, 29 mart, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiya üzrə Beynəlxalq Təşkilatının (ILAC) loqosundan istifadə edə biləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavini Niyazi Rəhimov mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiya üzrə Beynəlxalq Təşkilata assosiativ üzv qəbul olunduqdan sonra bir sıra hüquqlar əldə edib. Azərbaycan Akkreditasiya Mərkəzi 2012-ci ildən ILAC-ın müxbir üzvü olub. Müxbir üzvlük yalnız ILAC-ın təşkil etdiyi tədbirlərdə, konfranslarda iştirak etmək hüququ verib.

N.Rəhimov qeyd edib ki, indi isə beynəlxalq təşkilata assosiativ üzv olmaqla Azərbaycan Akkreditasiya Mərkəzi təşkilatın texniki komitələrinin işçi qruplarında təmsil olunmaq, həmçinin qəbul edilən sənədlərə rəy və təkliflər vermək, səsvermədə iştirak etmək hüququ qazanır. Eyni zamanda ILAC-ın loqosundan istifadə etmək imkanı yaranır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.