ELM VƏ TƏHSİL


“Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda onlayn seminarlar təşkil olunub

Bakı, 13 iyul, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Avrasiya, Azərbaycan Dillər universitetlərində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən akademik və inzibati heyətə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda onlayn seminarlar təşkil olunub.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, seminarlarda iştirakçılara yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və buna əsasən ali təhsil müəssisələrinin akkreditasiya prosesində ekspertlərin rolu və əhəmiyyəti barədə geniş məlumat verilib. Sözügedən ali təhsil müəssisələrinin əməkdaşlarının yeni redaksiyada təsdiq olunan akkreditasiya qaydaları barədə sualları cavablandırılıb, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.