ELM VƏ TƏHSİL


Akkreditasiya üzrə təlimçi bazasına mütəxəssislər dəvət edilir

Bakı, 9 sentyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin akkreditasiyası və təhsildə keyfiyyət təminatı üzrə peşəkar mütəxəssislərdən ibarət “Təlimçi bazasına” təlimçilər dəvət edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müraciət üçün Agentliyin internet saytının (tkta.edu.az) “Təlimçi bazası” bölməsinə daxil olaraq qeyd olunan link vasitəsilə elektron qeydiyyatdan keçmək mümkündür.

Seçilmiş namizədlər üçün yerli və beynəlxalq keyfiyyət təminatı ekspertləri tərəfindən müvafiq təlimlər təşkil olunacaq və yüksək nəticə göstərmiş namizədlərə sertifikat veriləcək. Yalnız sertifikat əldə etmiş namizədlər TKTA-nın təlimçi bazasına daxil ediləcək.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikası ərazisində ali təhsil sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi müstəqil komissiya tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssislərinin, sahə üzrə elmi işçilərin, əmək bazarının və təhsilalanların nümayəndələri sırasından seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.