DÜNYA


“Akkuyu” AES-in ikinci blokunun təməli qoyulub

Ankara, 27 iyun, AZƏRTAC

Türkiyənin Mersin bölgəsində inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ikinci blokunun təməli qoyulub. Milli kadrların AES-in tikintisinə cəlb olunması davam edir.

AZƏRTAC Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə nazir Fatih Dönmez deyib. Nazirin sözlərinə görə, birinci blokun istifadəyə verilməsi 2023-cü ilə nəzərdə tutulub. Tikinti planlaşdırılan qrafik üzrə həyata keçirilir. Atom energetikası və bu sahəyə aid tikintilər üzrə təhsil almaq üçün Rusiyaya göndərilən türkiyəli tələbələrdən 143-ü artıq geri qayıdaraq AES-in inşasında fəaliyyətə başlayıb. Qarşıdakı iki il ərzində daha 102 tələbənin məzun kimi AES-in işinə cəlb ediləcəyi nəzərdə tutulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.