SİYASƏT


Əkrəmcan Nemətov: Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasına heyran qaldım

Şuşa, 3 iyul, AZƏRTAC

Azərbaycan çox güclü dövlətdir və öz gücü ilə bütün dünyaya haqqın, ədalətin varlığını göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Özbəkistana səfəri ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə adlamasına impuls verdi.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Əkrəmcan Nemətov iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.

O qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasına heyran qaldığını diqqətə çatdıran Özbəkistan nümayəndəsi nəqliyyat zəncirinin yaradılmasının vacibliyini vurğulayıb, Avropanı Asiya ilə birləşdirəcək dəhlizə böyük ehtiyac olduğunu vurğulayıb.

"Ölkələrimiz arasında ticarət dövriyyəsi son 6 ildə 7 dəfə artıb. Müxtəlif sahələr üzrə 300 sayda birgə şirkətlərimiz fəaliyyət göstərir", - deyə Əkrəmcan Nemətov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.