İDMAN


Akrobatika gimnastlarımız Bolqarıstanda gümüş medal qazanıblar

Bakı, 26 aprel, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada akrobatika gimnastikası üzrə dünya kuboku və kubok çərçivəsində beynəlxalq turnir keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük və Leyla Bəşirova, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanovadan ibarət qadın qrupu təmsil edib.

Kubok çərçivəsində keçirilmiş beynəlxalq turnirdə 13-19 yaş kateqoriyasında çıxış edən qadın qrupumuz qarışıq hərəkətlərdə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Dünya kubokunda gücünü sınayan Ağasif Rəhimov və Raziyə Seyidli cütlüyü isə finalda 8-ci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.