İDMAN


Akrobatlarımız Avropa çempionatının ilk günündə fərqləniblər

Bakı, 20 oktyabr, AZƏRTAC

Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatı keçirilir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışların ilk gününü Azərbaycan yığma komandası üçün uğurlu hesab etmək olar. Belə ki, ölkəmizi təmsil etmək üçün Jeşuva yollanmış hər iki qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı yunior komandalar arasında balans proqramı üzrə finala vəsiqə qazanmağı bacarıblar. Lakin final mərhələsində yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, məsuliyyətli vəzifəni icra etmək Ağasif və Nurcan cütlüyünün üzərinə düşüb. Həlledici mərhələdə akrobatlarımız onlara olan ümidləri layiqincə doğruldaraq 27.900 xalla qitə çempionatının bürünc medalına sahib olublar.

Bu gün isə cütlüklərimiz növbəti iki final mərhələsi üçün mübarizəyə qoşulacaqlar. Temp proqramında yarışacaq gimnastlar öz aralarında məhz bu proqram üzrə turnirin son günü baş tutacaq final mərhələsinə vəsiqə qazanan cütlükləri, həmçinin iki proqram üzrə (balans və temp) xalların cəmindən asılı olaraq çoxnövçülükdə də finalçıları müəyyənləşdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.