REGİONLAR


Aksana Saxnaçkaya: Gözəllik və cəlbediciliyi Naxçıvanın hər yerində görmək mümkündür

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Başdan-başa gözəlliklərlə dolu olan Naxçıvan şəhərinə ilk dəfədir gəlirəm. İnanmazdım ki, mühasiblərin və auditorların VII Avrasiya forumunun keçirildiyi iki gün müddətində bu qədər gözəl və maraqlı hadisələrin şahidi ola bilərəm.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində VII Avrasiya forumunun Ukraynadan olan iştirakçısı Aksana Saxnaçkaya səsləndirib. O bildirib ki, Naxçıvanda maraqlı ekskursiyaların təşkil edilməsi səfərə başqa bir ab-hava, rəngarənglik qatdı.

“Ekskursiya zamanı məndə ən çox maraq yaradan Möminə Xatun türbəsi oldu. İnsanı heyrətləndirən məqam isə sözügedən abidənin əsrlərin, yüz illərin süzgəcindən keçərək müasir dövrümüzə gəlib çıxmasıdır”, - deyən forum iştirakçısı vurğulayıb ki, gözəllik və cəlbediciliyi Naxçıvanın hər yerində görmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.