CƏMİYYƏT


Əksər iaşə obyektlərində mənşəyi məlum olmayan heyvan ətinin istifadəsindən imtina edilib

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycanda əksər iaşə obyektlərində mənşəyi məlum olmayan heyvan ətinin istifadəsindən imtina edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.

Departamentin direktoru bildirib ki, ötən il bəzi restoranlarda nadir heyvan ətinin verilməsinin qarşısının alınması ilə əlaqədar bir neçə reyd keçirilib. Bunun üçün hətta nazirliklə Qida Təhlükəsizliyi Agentliyində işçi qrupları da yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.