SİYASƏT


Aksiya ərazisindən hərəkətin sərbəstliyi fasiləsiz təmin edilir

Şuşa, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisində hərəkətin sərbəstliyi fasiləsiz təmin edilir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhərdən indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 8, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 9 avtomobilin keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi fasiləsiz təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.