SİYASƏT
Aksiya ərazisindən keçərək Laçına gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb VİDEO
Şuşa, 28 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobil bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 79 gündür davam edir.