CƏMİYYƏT


Aksiz markası olmayan siqaret və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında qanunsuz yolla gətirilən külli miqdarda siqaret və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və digər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 9580 ədəd “Marlboro Gold Edge”, 2000 “Parliament Carat”, 1000 “Marlboro Fine Touch”, 1000 “Milano London”, 600 “Malimbo one”, 1200 “Parliament Super Slims”, 400 “Parliament Aqua Blue”, 1400 “Kent Silver” markalı, ümumilikdə 17 min 180 ədəd siqaret və 4 ədəd bir litrlik “Celsius” markalı araq, 2 ədəd bir litrlik “Black Ram” markalı viski aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.