CƏMİYYƏT
Aksiz markası olmayan siqaretlər aşkarlanıb
Bakı, 13 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün məmulatlarının gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Kiyev-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan vətəndaşı həmin sərnişinlərdən siqaretləri qəbul edib və hava limanının qarşısındakı “Kia Optima” markalı avtomobilə yığarkən saxlanılıb. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerindəki 2 ədəd sellofan paketdə Azərbaycanın aksiz markası ilə markalanmayan 14 min ədəd “HEETS” və 600 ədəd “Parliament Silver Blue” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]