CƏMİYYƏT


Aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Bakı, 6 fevral, AZƏRTAC

Aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycana qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Məlumata əsasən, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5000 ədəd “Marlboro Gold”, 2200 ədəd “Marlboro Flavor Code”, 9600 ədəd “Kent Infina”, 7800 ədəd “Kent White”, 19 min 200 ədəd “Kent Silver”, 6000 ədəd “Cavallo”, 1600 ədəd “Senator” markalı, ümumilikdə 51 min 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.