CƏMİYYƏT


Aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

Bakı, 1 noyabr, AZƏRTAC

Gömrükçülər aksiz markası olmayan spirtli içkilər aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə “Vaz 2106” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub.

Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Belə ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Qazax rayonunun İncəsu kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün “Qırmızı Körpü” gömrük postuna aparılıb. Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində “Nemirovskaya osobaya” yazılmış 94 ədəd 1 litrlik, üzərində “Nemiroff original” yazılan 10 ədəd, üzərində “Nemiroff delikat” yazılmış 6 ədəd və üzərində “Nemiroff Wheat” yazılmış 4 ədəd 1 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.