CƏMİYYƏT


Aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 16 avqust, AZƏRTAC

Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Opel Vectra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb. Daha sonra Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ərazisinə gətirilən avtomobilə ətraflı baxış keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində və salonunda olan sellofan torbaların içərisində 3400 ədəd “King” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.