QAN YADDAŞI


Aktauda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbir keçirilib

Nur-Sultan, 22 yanvar, AZƏRTAC

Qazaxıtanın Aktau şəhərində 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə “Dağıstan”, qırğız, çeçen-inguş etnik-mədəni cəmiyyətlərinin nümayəndələri, “Mangistau-Media” şirkətinin direktoru A.Dutbayeva, Mangistau vilayətinin Akimatlığının (icra hakimiyyəti) nümayəndəsi, Azərbaycanın iş adamları və yerli ziyalılar iştirak ediblər.

Tədbirdə ölkəmizin Aktaudakı konsulluğunun rəhbəri Elmar Məmmədov iştirakçılara 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış bəyanatı səsləndirib və faciə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir iştirakçıları, Sovet İttifaqının rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı aparılmış siyasətin nəticəsi olan 20 Yanvar faciəsini pisləyiblər.

Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin parlaq qələbə ilə başa çatmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.