QAN YADDAŞI


Aktauda Xocalı soyqırımından danışılıb

Aktau, 27 fevral, AZƏRTAC

Qazaxıstanın Aktaudakı konsulluğunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə, Aktauda akkreditə olunan konsulların rəhbərləri, milli-mədəni, etnik cəmyyətlərin rəhbərləri və nümayəndələri, həmyerlilərimiz, tələbələr və yerli ziyalılar iştirak ediblər. Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalıya ədalət” sənədli filmi nümayiş edilib.

Baş konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verərək törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasından, son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından danışıb.

Tədbirdə “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərləri, Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin Hüquqşünaslıq kafedrasının müəllimləri və digər iştirakçılar ermənilər tərəfindən törədilmiş bu amansızlığın insanlıq əleyhinə ağır cinayət olduğunu söyləyiblər.

Rəsmi qonaqlardan Türkiyənin Aktaudakı baş konsulu Müzəffər Akyıldırım ermənilər tərəfindən Çanaqqalada və Türkiyənin digər regionlarında dinc türk əhalisinin qətlə yetirilməsindən, uydurulmuş soyqırımından danışıb, hər zaman Azərbaycan xalqının yanında olduqlarını qeyd edib. O, Azərbaycan və Türkiyə arasında olan münasibətlərdən də söz açıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.