İQTİSADİYYAT


Aktiv kommersiya qurumlarının sayında 12,1 faiz artım olub

Bakı, 12 aprel, AZƏRTAC

Bu ilin birinci rübü ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,2 faiz artıb.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 1-nə dövlət qeydiyyatında olan 148 min 788 kommersiya qurumundan 89 min 860-nın vəziyyəti aktiv olub.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,1 faiz artıb, xüsusi çəkisi isə artaraq 60,4 faizə çatıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 15 faiz artaraq 27 min 570 vahid təşkil edib.

Həmçinin aprelin 1-nə 322 publik hüquqi şəxs, 17 min 266 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.