CƏMİYYƏT


Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

Bakı, 30 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında Fəaliyyət Planı imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Fəaliyyət Planı”nı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Litva Respublikasının Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyene imzalayıblar.

Qeyd olunub ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığa dair imzalanan Saziş əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə şərait yaradıb. Son illərdə icra olunmuş “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin icrasında da Litva əsas tərəfdaşlardan biri olub.

İmzalanan Fəaliyyət Planına əsasən həssas qrupdan olan vətəndaşların məşğulluğunun dəstəklənməsi, gənclərin əmək bazarına çıxış imkanlarının artırılması, peşə hazırlığı və digər aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində əməkdaşlıq həyata keçiriləcək, təcrübə mübadilələri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.