İQTİSADİYYAT


Aktiv vergiödəyicilərinin sayı 11,5 faiz artıb

Bakı, 16 may, AZƏRTAC

Bu il yanvarın 1-nə olan məlumatlarla müqayisədə aprelin 1-i vəziyyətinə ölkədə aktiv vergiödəyicilərinin sayında 11,5 faiz artım qeydə alınıb.

Vergilər Nazirliyinin media və kommunikasiya xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin iqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən dəyirmi masada bu ilin birinci rübündə ƏDV ödəyicilərinin sayında artım təxminən 36,7 faiz olduğunu deyib. Qeydiyyatda olan obyektlərin sayında da 12 faizədək artım müşahidə edilib.

Xatırladaq ki, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergiödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb. Bu dövr ərzində qeydiyyatdan keçən vergiödəyicilərinin sayı isə 36 min 558 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.