DÜNYA


Aktrisa Barbara Harris 83 yaşında vəfat edib

Bakı, 22 avqust, AZƏRTAC

ABŞ-ın müzikl və kino aktrisası Barbara Harris 83 yaşında vəfat edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzeti aktrisanın rəfiqəsinə istinadla məlumat yayıb.

Ağciyər xərçəngindən əziyyət çəkən aktrisa Arizona ştatının Skotsdeyl şəhərində vəfat edib.

Barbara Harris 1965-ci ildə “Min kloun” filmində debüt edib və “Qızıl qlobus” mükafatına namizədliyi irəli sürülüb. 1967-ci ildə “Alma ağacı” müziklindəki rolu ona ABŞ teatrı sahəsində nailiyyətlərinə görə “Toni” mükafatını qazandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.