İQTİSADİYYAT
Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 21-i, 24-ü və 27-də sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 11 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
"Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Qeyd edək ki, attestasiyada 21 sığortaçı iştirak edib.