İQTİSADİYYAT
Aktuari şəhadətnaməsi almaq üçün imtahanlar keçiriləcək
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB), TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 3.4-cü və 5.9-cu bəndlərinə müvafiq olaraq aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün noyabrın 10-da “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı”, noyabrın 25-də “Qeyri-həyat sığortası riyaziyyatı”, dekabrın 12-də “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və dekabrın 27-də “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə imtahanlar keçiriləcək.
AMB-dən AZƏRTAC-a bildirilib ki, imtahanlarda iştirak etmək istəyən şəxslər qanunvericiliklə tələb olunan sənədləri imtahan tarixinə ən azı 30 gün qalmış Mərkəzi Banka təqdim etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]