MƏDƏNİYYƏT


“Akvarel” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Bakı, 15 oktyabr (AZERTAC). Oktyabr 21-də “Xətai” Sənət Mərkəzində “Akvarel” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Xətai” Sənət Mərkəzinin birgə təşəbbüsü ilə cari ilin iyulundan Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə rəssamlar arasında akvarel müsabiqəsi elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC bildirilib ki, tanınmış rəssamlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan əsərlərə baxış keçirib və yekun sərgidə nümayiş olunmaq üçün əsərlər seçib.

Qeyd edək ki, akvarel eramızın 2-ci əsrində Çində kağızın istehsalından sonra meydana çıxıb. Sulu boya texnikasında əsasən kağız üzərində işlənən rəsm əsərləri XII-XIII əsrlərdə İspaniya və İtaliyada, daha sonra digər Avropa ölkələrində geniş vüsət alıb. Sulu boya ilə işləmək özünün mürəkkəbliyi ilə rəssamdan xüsusi istedad və bacarıq tələb edir. Hələ orta əsr miniatür ustaları bu texnikadan xüsusi məharətlə istifadə ediblər. XX əsr Azərbaycan rəssamlıq sənətində görkəmli rəssamlarımız akvarel texnikasında böyük dəyərə malik olan əsərlər yaradıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Moskvada təşkil olunmuş VI Beynəlxalq Akvarel sərgisində iştirak edən 400-dək rəssamın arasında Azərbaycan rəssamlarının əsərləri də uğurla nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.