REGİONLAR


“Al Arabiya”nın əməkdaşı: Siz həm özünüzü qorudunuz, həm torpağınızı qaytardınız, həm də dünyaya göstərirsiniz ki, bərpa necə aparılır VİDEO

Füzuli, 30 avqust, AZƏRTAC

Azad olunan ərazilərdə erməni vəhşiliyini - dağıntıları gördük, çox təsirləndik. Məscidlər yerlə-yeksan olunub, insanlarla bərabər, tarix də məhv edilib. Çox şadam ki, Azərbaycan bizi bu yerləri görməyə dəvət etdi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin tərkibində ölkəmizə gələn “Al Arabiya” telekanalının əməkdaşı Abdellah İmassi Füzulidə erməni vandalizmi ilə tanış olarkən söyləyib.

“Azərbaycan bizə müharibədən sonra yenidənqurma işlərinin, inşaatın necə aparılmalı olduğunu göstərir. Siz həm özünüzü qorudunuz, həm torpağınızı qaytardınız, həm də dünyaya göstərirsiniz ki, bərpa necə aparılır. Bunun üçün Azərbaycanı təbrik edirəm”, - deyə Abdellah İmassi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.