CƏBHƏ XƏBƏRLƏRİ


“Əl-Cəzirə” televiziya kanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debat keçirilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatı Kamal Cəfərov “Əl-Cəzirə” televiziya kanalında Rusiya və Ermənistan rəsmilərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi və humanitar atəşkəslə bağlı canlı debatda iştirak edib.

AZƏRTAC xəbər verir ki, K.Cəfərov Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Gəncə genosidi, ermənilərin feyk nyusları, siyasi müstəvidə və cəbhədəki təxribatlar barədə geniş məlumat verib, aparıcının suallarını cavablandırıb.

Bildirilib ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

Ermənistan tərəfinin xahişi ilə oktyabrın 9-da Moskvada Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü keçirilib. On bir saat davam edən görüşün yekunlarında nazirlərin birgə bəyanatı qəbul edilib. Tərəflər oktyabrın 10-da saat 12.00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunması barədə razılığa gəlsələr də, Ermənistan bu razılaşmanı kobud şəkildə pozaraq, oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə dinc əhalinin sıx məskunlaşdığı məntəqəyə “Skad” tipli (“Elbrus”) ballistik raket atıb. Nəticədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ümumiyyətlə, sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.