SİYASƏT


“Əl-Cəzirə”nin jurnalisti işğaldan azad edilmiş Cocuq Mərcanlıdan yazır

Bakı, 24 may, AZƏRTAC 

Bu gün Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır.

AZƏRTAC xəbər verir ki, bu fikri “Əl-Cəzirə”nin jurnalisti Azərbaycanın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi haqqında yazısında qeyd edib.

Müəllif bildirir ki, bu gün Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır. Ötən il ərzində məktəblər, idman obyektləri və yeni tikilmiş məscidin yanında evlər salınıb və onların sayı artırılır. Ölkənin geniş qaz və neft ehtiyatları, infrastruktur və mənzil layihələrinin olması Azərbaycanda müşahidə olunan ümumi mənzərədir, lakin Cocuq Mərcanlının bərpasını vacib edən onun yerləşdiyi mövqedir.

Jurnalist qeyd edir ki, Cocuq Mərcanlı sakinləri Azərbaycanın 1,2 milyondan çox qaçqın və məcburi köçkün əhalisinin bir hissəsidir. Münaqişə nəticəsində itkin düşənlər, həyatını itirənlər, məcburi köçürülənlər, torpağını itirənlər məhz azərbaycanlılar idi. Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır. Yalnız Dağlıq Qarabağ bölgəsi deyil, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli də işğal altındadır. Hazırda bu ərazilərdə etnik azərbaycanlı yoxdur. İyirmi ildən artıqdır ki, məcburi köçkünlər öz torpaqlarına qayıtmağa ümid edirlər. 2016-cı ilin aprel ayında Azərbaycan hərbçilərinin dördgünlük müharibədə erməni silahlı qüvvələrini əzib onları geri çəkilməyə vadar etməsi ilə təxminən 20 kvadratkilometr ərazi Azərbaycanın nəzarəti altına keçdi. Cocuq Mərcanlı Azərbaycan əsgərləri tərəfindən tamamilə geri qaytarıldı. Beləliklə, iki ildən artıqdır ki, ilk dəfə olaraq az sayda azərbaycanlı ermənilərin işğal etdiyi torpaqlara qayıtdı və 1994-cü ildən etibarən ilk dəfə olaraq nəzarət xətti dəyişdi.

Müəllif yazır ki, Cocuq Mərcanlıdan təxminən bir neçə kilometr şimalda, 1990-cı illərdə atəşə tutularaq dağıdılmış Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin çobanyastığı sahələri ilə və dağıntılarla əhatə olunmuş qəbiristanlıq var. O qeyd edir ki, 2017-ci ilin iyul ayında erməni qoşunları yaxınlıqdakı Alxanlı kəndini atəşə tutarkən azərbaycanlı uşaq və onun nənəsi öldürülüb.

“Əl-Cəzirə”nin əməkdaşı bildirir ki, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yeni şəhərciklərin salınmasına xeyli vəsait sərf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.