İQTİSADİYYAT


“Al Naser Wings Airlines”ın Bağdad-Bakı-Bağdad aviareysi ləğv olunub

Bakı, 5 yanvar, Elvin Camalov, AZƏRTAC

Yanvarın 5-də həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysi ləğv olunub.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Al Naser Wings Airlines” aviaşirkətinin yerli vaxtla saat 18:00-da “NG 231” saylı Bağdaddan Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 19:00-da Bakıdan Bağdada olan “NG 232” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.

Bağdad-Bakı-Bağdad aviareysinin hansı səbəbdən təxirə salındığı barədə məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.