CƏMİYYƏT
“Əl-Riyad” qəzeti Azərbaycanda Ramazan ənənələrindən yazır
Ər-Riyad, 12 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Əl-Riyad” qəzetində Azərbaycanda Ramazan ənənələri ilə bağlı məqalə dərc edilib.
Müqəddəs Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyi vurğulanan məqalədə Azərbaycandakı adət-ənənələrin ərəb ölkələrinin adət-ənənələrinə çox yaxın olduğu bildirilir. Qeyd edilir ki, azərbaycanlılar Ramazana hörmət əlaməti olaraq bu müqəddəs ayda toy etmirlər. Onlar birlikdə iftar süfrələri açır, ehtiyacı olanlara və yaşlılara kömək göstərir, Quranı-Kərimi oxumaq və qulaq asmaq üçün bir yerə toplaşırlar, məscidlərdə namaz qılırlar. İftar zamanı həmişə gözlənilmədən gələn qonaq da nəzərə alınır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad