SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş tapşırığının icrasına yaxınlaşdırılmış şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə və batareyaların daim döyüşə hazır olmasına yönəldilib.

Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.